Ukrayna ordusu Donetskin bir addımlığında

13-06-2019, 07:36           
Ukrayna ordusu Donetskin bir addımlığında
Ukrayna Silahlı Qüvvələri Donetsk şəhərinin təxminən 100 metrliyində – Maryinkada yeni mövqeləri ələ keçiriblər.

Teleqraf.com xəbər verir ki, bunu “Armiya FM” radio stansiyasının efirində Ukrayna ordusunun 24-cü mexanikləşdirilmiş briqadasının rəsmi nümayəndəsi Nazar İlnitski bildirib.

Onun sözlərinə görə, kəşfiyyatçılar “boz zona”nı ələ keçirərək taktiki mövqeni yaxşılaşdırıblar ki, bu da döyüş mövqelərini yerli əhalidən uzaqlaşdırmağa imkan yaradıb. İlnitski qeyd edib ki, plan briqadanın rəhbərliyi və ali komandanlıq tərəfindən hazırlanıb.

“Bu vacibdir, belə ki, əhalinin daha yüksək səviyyəli təhlükəsizliyini təmin edir. İnsanlar təmas xəttindən daha çox uzaqlıqda olacaqlar. Burada məqsəd insanların təhlükəsizliyidir”, – o, sözlərinə əlavə edib.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.