Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi - Azərbaycanda DƏHŞƏT

13-06-2019, 16:53           
Maşın 2 şagirdi vurub, birinin üstündən keçdi - Azərbaycanda DƏHŞƏT
Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində dəhşətli hadisə baş verib.

Bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Bildirilib ki, “Hyundai-Azero” markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən BAKU.WS-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Hadisə haqqında əlavə məlumat verəcəyik.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.