Şair Murad Köhnəqala azadlığa buraxıldı

15-06-2019, 00:02           
Şair Murad Köhnəqala azadlığa buraxıldı
Şair Murad Köhnəqala həbsdən buraxılıb.

Teref.az xəbər verir ki, bu barədə apa-ya şairin həyat yoldaşı Şəlalə Göytürk məlumat verib.

O bildirib ki, dostları onun aliment borcundan 3 min manatını ödəyib. Qalan məbləğin ödənilməsi üçün ona 10 gün möhlət verilib. Ş.Göytürk həmçinin qeyd edib ki, Murad Köhnəqala qalan pulu ödəməsə onun barəsində cinayət işi başlanacaq.

Qeyd edək ki, Murad Köhnəqala ötən gün Tovuz rayon Məhkəməsinin qərarı ilə 15 günlük inzibati həbs cəzasına məhkum edilib. Şairin birinci həyat yoldaşına 12 min manat aliment borcu var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.