İsveçdə adaya 100 milyon kəpənək axın edib

15-06-2019, 07:10           
İsveçdə adaya 100 milyon kəpənək axın edib
İsveçin Eland adasına 100 milyon kəpənək axın edib.

"Report" SVT telekanalına istinadən xəbər verir ki, köçəri kardus kəpənəklərinin axını yerli sakinləri heyrətə gətirib, çünki daha əvvəl Skandinaviyada bu qədər qanadlı həşərat müşahidə olunmayıb.

"Adətən kardus kəpənəkləri bir neçə on min ədəd olur, lakin indi onların sayı ən azı 100 milyon, hətta bir neçə dəfə də çoxdur", - deyə ekspertlər bildirirlər.

Qeyd olunur ki, İsveç iqlimi əvvəllər heç vaxt kardus kəpənəkləri üçün cəlbedici olmayıb, lakin indi onlar adada özlərini yaxşı hiss edirlər. Mütəxəssislər bildirirlər ki, bu, ciddi iqlim dəyişkənliyinin nəticəsi ola bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.