Göyçayda toyda DAVA - Bıçaqlanan var

15-06-2019, 10:29           
Göyçayda toyda DAVA - Bıçaqlanan var
Göyçay rayonunda toy mərasimində başlayan dava qanla nəticələnib.

Teref.az apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. Rayondakı "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. Mərasim iştirakçıları qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.