Keçmiş məhkum 8 nəfəri güllələdi: ÖLƏNLƏR VAR - Ağstafada ŞOK OLAY

17-06-2019, 12:08           
Keçmiş məhkum 8 nəfəri güllələdi: ÖLƏNLƏR VAR - Ağstafada ŞOK OLAY
Ağstafa rayonunda bazarda güllələnmə nəticəsində yaralananların adları məlum olub.

Teref.az report-a istinadən xəbər verir ki, bunlar 1964-cü il təvəllüdlü Lilpar Baba oğlu Əhmədov, 1999-cu il təvəllüdlü İbrahim Rasim oğlu Abdullayev, 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev və 1961-ci il təvəllüdlü Rəsul Abbas oğlu Həsənovdur.

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

***

Ağstafa rayonunda gülələnmə hadisəsi baş verib.

Hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb. Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri gülələləyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.