Bakı-Qazax yolunda 3 mikroavtobus qəzaya düşüb, yaralananlar var - YENİLƏNİB

20-06-2019, 07:03           
Bakı-Qazax yolunda 3 mikroavtobus qəzaya düşüb, yaralananlar var - YENİLƏNİB
Bakı-Qazax yolunda baş vermiş iki ayrı qəza nəticəsində yaralananların şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, mikroavtobusla "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"da olan sərnişin - 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov xəsarət alıb.

İki mikroavtobusun toqquşması nəticəsində xəsarət alanalar isə 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Alek Sərxanov və 1968-ci il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyevdir.

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, iki mikroavtobusun toqquşmasına onlardan birinin sürücüsünün avtobusu yol kənarında saxlayaraq, həmin yerdə baş vermiş birinci qəzaya baxması səbəb olub. Bu zaman arxadan gələn digər mikroavtobus ona çırpılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***01:13

Bakı-Qazax avtomobil yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yolunun "Stansiya Goran" ərazisindən keçən hissəsində mikroavtobusla "VAZ-2106" markalı maşın toqquşub.

Nəticədə "VAZ"da olan bir sərnişin xəsarət alıb.

Qəzadan bir müddət sonra həmin ərazidə daha 2 mikroavtobus toqquşub. İkinci qəzada isə 2 nəfər xəsarət alıb. Hər 3 xəsarət alan şəxs xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.