Bakıda 30 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
20-06-2019, 07:44
Bakının Nizami rayonunda bədbəxt hadisə olub.
APA xəbər verir ki, M.Rüstəmov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Ruziyyə Hacıyeva yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılıb.
Nəticədə qadın hadisə yerində dünyasını dəyişib. Onun ehtiyatsızlıqdan yıxıldığı bildirilir. Hadisənin təfərrüatlarını Nizami rayon Prokurorluğu araşdırır.