Yaxın Şərqdə xristianlıq yox olacaq - Hesabat

12-11-2015, 11:13           
Yaxın Şərqdə xristianlıq yox olacaq - Hesabat
İŞİD-in ucbatından yaxın on ildə xristianlıq Yaxın Şərqin bir neçə ölkəsində tamamilə yox ola bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti Təhlükədə olan Kilsələrə Yardım təşkilatının hesabatına əsasən yayıb. Hesabatda bildirilir ki, dini etnik təmizləmələr ucbatından son iki ildə regionda xristian əhalinin sayı həddən artıq azalıb. Bu ölkələr sırasına İraq, Suriya və Nigeriya var:

“Əgər İraqa yardım edilməsə, o zaman bu ölkədə 5 ildən sonra heç bir xristian qalmayacaq. Hazırda onların sayı 275 min nəfərdir. Suriyada isə onların sayı son 4 ildə 1,25 milyon nəfərdən 500 min nəfərə düşüb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.