Azərbaycanlı aparıcının dekan qardaşı rüşvət üstündə saxlanıldı

12-11-2015, 11:56           

Rusiyanın Birinci kanalının azərbaycanlı aparıcısı İradə Zeynalovanın qardaşı İsabala Zeynalov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.


Sankt-Peterburq Dövlət Aqrar Universitetinin hüquq fakültəsinin dekanı olan İsabala Zeynalov tələbələrdən rüşvət almaqda şübhəli bilinir.

İradə Zeynalova saxlanılan dekanla qohum olduğunu inkar etməsə də, onunla çoxdandır əlaqə saxlamadığını bildirib.

61 yaşlı İsabala Zeynalova qarşı cinayət işi qaldırılıb, onunla yanaşı, həmin ali məktəbin təlim-metodik işləri üzrə mütəxəssisi Lyubov Mukanova da saxlanılıb. Onların hər ikisi rüşvət almaqda və rüşvətə vasitəçilik etməkdə təqsirkar bilinirlər. (Modern.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.