Masallı polisi aylardır bir dələduzu tapıb tuta bilmir

12-11-2015, 12:12           
Masallı polisi aylardır bir dələduzu tapıb tuta bilmir
Dələduzluq faktı ilə üzləşərək 3700 manat məbləğində ziyana düşən Masallı sakini Elnur Ağayevin işində hər hansı bir yenilik yoxdur. Bu barədə Musavat.com-a zərərçəkən özü məlumat verib.

Onun sözlərinə görə, bu işlə bağlı hüquq müdafiəçisi Mobil Vəkilov da ədliyyə nazirinə müraciət edib.

E.Ağayev özü də Masallə rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlu ilə görüşərək, ona qarşı dələduzluq etmiş şəxsin əlaqə nömrəsini verib, ancaq həmin şəxs hələ də yaxalanmayıb.

Qeyd edək ki, Masallı rayon sakini, 1992-ci il təvəllüdlü Ağayev Elnur Azər oğlu "Moskva" univermağında satıcı işləyərkən həmyerlisi, 1977-ci il təvəllüdlü Məmmədov Zaur Qalabəy oğlu onun etibarından sui istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarını götürərək geri qaytarmayıb.

O bu barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hələ ki heç bir nəticəyə nail ola bilmir. Qəzet və saytlarda bu olay barədə yazıldıqdan sonra DİN-in mətbuat xidmətinin əməkdaşları da məsələyə reaksiya verərək, dələduzluqda təqsirləndirilən şəxsin yaxalanacağını vəd etsələr də, Masallı rayon polisləri hələ də vətəndaşın şikayəti əsasında heç bir tədbir görməyiblər.musavat /












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.