Təndiri yandırdı, partlayış oldu: yaralı var

2-07-2019, 12:08           
Təndiri yandırdı, partlayış oldu: yaralı var
Gəncədə partlayış baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Cavad Xan qəsəbəsində yaşayan 58 yaşlı Flora Həşimova təndiri yandırarkən qaz partlayışı olub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Xəsətəyə II və III dərəcəli yanıq diaqnozu qoyulub. Qadının vəziyyəti kafidir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.