Kaliforniyada baş verən atışmada 4 nəfər xəsarət alıb

3-07-2019, 07:12           
Kaliforniyada baş verən atışmada 4 nəfər xəsarət alıb
ABŞ-ın Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən ticarət mərkəzində baş vermiş silahlı insident zamanı 4 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumatı "ABC 7 News" telekanalı yayıb.

Şəhər polisinin məlumatına görə, “Tanforan” adlı ticarət mərkəzində olan şəxslər evakuasiya edilib, yaralılar xəstəxanaya aparılıb.

Hazırda əraziyə çoxlu sayda polis avtomobilləri cəlb olunub. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.