Onunla mübahisə edən arvadını bıçaqladı

3-07-2019, 08:12           
Onunla mübahisə edən arvadını bıçaqladı
Binəqədidə ər həyat yoldaşını bıçaqlayıb.
Hadisə rayonun 1-ci Mədən yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Qafarlı Ülviyyə Kamal qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Nəticədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.