ABŞ-da tibb mərkəzinə hücum edilib, xəsarət alanlar var

5-07-2019, 07:38           
ABŞ-da tibb mərkəzinə hücum edilib, xəsarət alanlar var
ABŞ-da tibb mərkəzinə hücum edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Məlumata görə, hadisə Virciniya ştatının Pitersberq şəhərində baş verib. Naməlum şəxsin mərkəzə hücumu zamanı bir neçə nəfər bıçaq xəsarəti alıb. Xəsarət alanların dəqiq sayı açıqlanmır. Lakin bildirilir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.