Bir litr pivəni başına çəkdi, öldü

5-07-2019, 18:35           
Bir litr pivəni başına çəkdi, öldü
Taylandda pivə içmək üzrə keçirilən yarışda bədbəxt hadisə baş verib.
“Ölkə.Az” xəbər verir ki, iştirakçılardan biri həddən artıq pivə içdiyi üçün ölüb.

Müsabiqədən əvvəl iştirakçılar tost deyərək bokalları havaya qaldırıblar. Bundan sonra isə onlardan biri litrlik bokalı birnəfəsə başına çəkərək jüriyə özünü sübut etmək istəyib. Bir neçə dəqiqə sonra o, yıxılaraq dünyasını dəyişib.

Yerli tibb üzrə mütəxəssis Somsak Laykobok bildirib ki, ölən şəxs təkcə spirtdən yox, digər faktorlardan da dünyasını dəyişib. Məsələn, Məsələn, pivəni bir nəfəsə içmək və ya hansısa xəstəlikdən əziyyət çəkmək.

Hazırda meyit tibbi ekspertizaya verilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.