Gənc yazıçı Mahmud Ağakişiyev sabah dəfn ediləcək- Doğulduğu Ağstafa rayonunda

6-07-2019, 21:05           
Gənc yazıçı Mahmud Ağakişiyev sabah dəfn ediləcək- Doğulduğu Ağstafa rayonunda
Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmudun (Mahmud Ağakişiyev) dəfn mərasimi sabah olacaq.

Muğanlı kənd İcra nümayəndəsi Nəbi Mursaquliyevin “Report”un Qərb Mərkəzinə verdiyi məlumata görə, yazıçının cənazəsinin yaşadığı kəndə gətirilməsi ləngidiyi üçün dəfn mərasimi sabah olacaq.

“Cənazə hələki yoldadır, gətirirlər bir neçə saata atası evinə çatarlar. Mərhum sabah kənd qəbiristanlığında, atasının qəbri yanında torpağa tapşırılması planlaşdırılır.”

Qeyd edək ki, İkinci Mahmud Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib. O, doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn ediləcək












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.