Amerikalı milyarder Cefferi Epşteyn insan alverinə görə həbs olunub

7-07-2019, 09:35           
Amerikalı milyarder Cefferi Epşteyn insan alverinə görə həbs olunub
Nyu-Yorkda hüquq-mühafizə orqanları tərəfindən amerikalı milyarder Cefferi Epşteyn insan alverində günahlandırılaraq həbs olunub.

"Report" xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Epşteyn bazar ertəsi günü məhkəmə qarşısına çıxarılacaq. CBS TV kanalına görə, o, təyyarəsinin Nyu-Cersi ştatında eniş edərkən həbs olunub.

Nəşr qeyd edir ki, Epşteynin ABŞ-ın sabiq prezidenti Bill Klinton, eləcə də indiki prezidenti Donald Trampla çox yaxşı tanışlıq münasibəti olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.