Qardaşının arvadını öldürdü, sonra intihar etdi - Abşeronda dəhşət

8-07-2019, 11:13           
Qardaşının arvadını öldürdü, sonra intihar etdi - Abşeronda dəhşət
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Teref.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqarin küçəsi, bina 1 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib. Hadisə nəticəsində A.Kazımova ölüb.

1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.