Pakistanda sərnişin və yük qatarları toqquşub, 9 nəfər ölüb, 67 nəfər yaralanıb

11-07-2019, 09:27           
Pakistanda sərnişin və yük qatarları toqquşub, 9 nəfər ölüb, 67 nəfər yaralanıb
Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin və yük qatarları toqquşub.

APA “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər həlak olub, 67 nəfər yaralanıb.

Yerli hökumət rəsmilərinin sözlərinə görə, Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb.

Yaralılardan 11-nin uşaq olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.