Londonda avtomobil insanların üzərinə gedib, xəsarət alanlar var

14-07-2019, 09:32           
Londonda avtomobil insanların üzərinə gedib, xəsarət alanlar var
Böyük Britaniyanın paytaxtı London şəhərinin cənub-qərbində avtomobilin bir qrup insanın üzərinə getməsi nəticəsində ən azı yeddi nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Daily Star” nəşri yayıb. Qəzetin xəbərinə görə, hadisə Battersi rayonu ərazisində, otelin qarşısında qeydə alınıb.

Hadisə yerinə polislər cəlb edilib, üç nəfər qətl törətməyə cəhddə və dörd nəfər isə ictimai asayişi pozmaqda şübhəli bilinərək saxlanılıb.

Qeyd olunub ki, xəsarət alanlardan birinin ayağı sınıb və yaralı şəxs xəstəxanaya aparılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.