Sabirabadın bazarında güclü yanğın başlayıb

16-07-2019, 09:01           
Sabirabadın bazarında güclü yanğın başlayıb
Sabirabad rayonunun Mərkəzi Bazarında güclü yanğın başlayıb.

“Yeni Sabah” FHN-ə istinadən xəbər verir ki, nazirliyin"112" qaynar telefon xəttinə, Sabirabad rayonunda Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən bazarın ərazisində bir-birinə bitişik mağazalar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.