Ekstrasensdən qorxunc xəbərdarlıq: Bu ölkələr darmadağın olacaq

22-07-2019, 09:05           
Ekstrasensdən qorxunc xəbərdarlıq: Bu ölkələr darmadağın olacaq
Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sıra ölkələrin darmadağın olacağını bildirib.

"Daily Star" informasiya portalı yazır ki, Hindistanın Babu Kalayil adlı tanınmış cadugəri yenə öz proqnozları ilə gündəmdədir. O, qorxunc hadisənin olacağından xəbər verib.

Hindli cadugər Hind Okeanında baş verəcək güclü zəlzələ haqda hər kəsi məlumatlandırıb. Zəlzələnin nəhəng sunami yaradacağını iddia edən şəxs Çin, Hindistan, Yaponiya, Nepal, Pakistan, İndoneziya, Əfqanıstan da daxil olmaqla 11 ölkədə dəhşətli dağıntılar gözlənildiyini bildirib.

Təbii fəlakətin qurbanlarının sayını azaltmaq məqsədilə, o, hətta Hindistanın baş naziri Narendre Moduya məktub yazaraq, kataklizmlərə hazırlaşmağı məsləhət görüb. Məktubda onun sözlərini qulaqardına vurmamağı xahiş edən hindli ekstrasens, dağıdıcı zəlzələnin artıq bu ilin dekabrında olacağını da dəqiqləşdirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.