Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda... - Şok foto

21-08-2019, 15:51           
Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda... - Şok foto
Bakıda azyaşlı uşağın evdə xalası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı məlumat yayılıb.
“Yeni Sabah” xəbər verir ki, uşağın video və fotosu da var.

Ancaq zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsi və əlamətləri tam düşdüyü üçün videonu təqdim etmirik.

Videoda azyaşlı açıq şəkildə deyir ki, nadinclik etdiyi üçün onun ayağını xalası zəncirləyib. O, 2 gündür evdə ayağı zəncirlənmiş formada saxlanıldığını bildirib. Qapının üzünə kilidləndiyini deyən uşaq bildirir ki, anası və xalası isə hər səhər işə gedir və bir də axşam saat 12-də gəlirlər.

Uşağın sözlərinə görə, o, ancaq evin içində ayağı zəncirlənmiş formada hərəkət edir, hətta yeməyi də o formada götürür.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.