Ana və uşaq “Kamaz”ın altından son anda xilas oldu – VİDEO

22-08-2019, 07:38           
Ana və uşaq “Kamaz”ın altından son anda xilas oldu – VİDEO
Hadisə anbaan kameraya düşüb. Bakıda dəhşətli qəzanın qarşısı son anda alınıb.

Avtosfer.az xəbər verir ki, 10 TH 407 dövlət nömrə nişanlı marşurut avtobusu piyada keçidinin üstündə saxlayıb. Bu zaman hərəkətdə olan “Kamaz” markalı yük maşını onu ötmək istəyir. Piyada keçidindən bir neçə metr irəlidə, avtobusun qabağından uşaq yola qaçır. Qadın isə onun ardınca gedir. Son anda yük maşının altına düşməkdən xilas olur. “Kamaz”ın sürücüsü manevr edir, eyni zamanda qadın uşağın əlindən tutaraq geri çəkilir. Nəticədə bədbəxt hadisə baş verimir.

Avtobus piyada keçidinin üstündə dayanmaqla, “Kamaz” sürücüsü sürəti azaltmamaqla qaydanı pozur. Piyadalar isə müəyyən olunmuş yerdən yolu keçməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.