Mərdəkanda avtomobil körpüdən aşdı - 3 nəfər yaralandı

23-08-2019, 14:35           
Mərdəkanda avtomobil körpüdən aşdı - 3 nəfər yaralandı
Mərdəkan körpüsündə ağır qəza baş verib. Avtomobil körpüdən aşıb.
Teref.az "Report"a istinadən xəbər verir ki, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.