Sumqayıtda iki qrup arasında kütləvi dava baş verib

25-08-2019, 00:46           
Sumqayıtda iki qrup arasında kütləvi dava baş verib
Sumqayıt şəhərində kütləvi dava baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb.

Belə ki, 20 nəfərə yaxın iki qrup arasında mübahisə zəmnində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Kütləvi dava zamanı ağır xəsarət alanların olub olmaması barədə hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.