Göygöldə bank əməkdaşını öldürən şəxs tutulub

9-09-2019, 11:01           
Göygöldə bank əməkdaşını öldürən şəxs tutulub
Göygöldə qətl törədən şəxs tutulub.

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 35 yaşlı Günay Cəlillini qətlə yetirən Orxan Məmmədov Bakı şəhərində saxlanılıb.

Qeyd edək ki, məlum hadisə ötən gün Göygöl rayonu Üçtəpə kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov 35 yaşlı Cəlilli Günay Yusif qızını yaşadığı evdə qətlə yetirib.


G.Cəlillinin O.Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi bildirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.