İranda dəhşətli qəza - Mikroavtobus dərəyə aşdı, 5 nəfər öldü

9-09-2019, 21:15           
İranda dəhşətli qəza - Mikroavtobus dərəyə aşdı, 5 nəfər öldü
İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb.

Teref.az-ın məlumatına görə, bunu İranın Lorestan vilayətinin Əluqudərz rayonunun qubernatoru Həmid Kəşküli deyib.

H.Kəşkülinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yaralılar vertolyot və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır.

Hadisənin səbəbi araşdırılır. /trend/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.