Ukraynada silah anbarında partlayışlar baş verib

11-09-2019, 16:56           
Ukraynada silah anbarında partlayışlar baş verib
Ukrayna Müdafiə Nazirliyinin Vinnitska vilayətinin Kalinovka şəhərində yerləşən silah anbarında partlayışlar baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, partlayış bu gün saat 11:30 radələrində qeydə alınıb. Partlamamış hərbi sursatların təkrar emal üçün saxlanıldığı ərazinin yaxınlığında tüstülənmə qeydə alınıb və bundan sonra ard-arda altı dəfə partlayış baş verib.

İlkin məlumata görə, 2 hektar ərazidə quru otun yanması səbəbindən partlayışların baş verdiyi bildirilir.

Partlayışlar nəticəsində xəsarət alan olmayıb. Hərbçilərin və yerli əhalinin həyatına hər hansı təhlükə yoxdur.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Kalinovkada 83 min ton döyüş sursatının, o cümlədən “Smerç”, “Uraqan” və “Qrad” raketlərinin saxlanıldığı anbarda yanğın baş verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.