BŞİH-ya məxsus "zibil maşını" qəza törədərək aşıb, iki nəfər yaralanıb

13-09-2019, 06:35           
BŞİH-ya məxsus "zibil maşını" qəza törədərək aşıb, iki nəfər yaralanıb
Binəqədi-Balaxanı yolunda qəza baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinə məxsus zibil tullantıları daşıyan "90-AM-058" dövlət qeydiyyat nişanlı yük avtomobili qarşıda gedən "10-ZE-042" dövlət qeydiyyat nişanlı taxta daşıyan trailerə arxadan çırpılıb.

Hadisə nəticəsində tullantı daşıyan yük maşını dərəyə aşıb. Hər iki sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.