Xəstə hospitalı yandırdı: 1 ölü, 19 yaralı

13-09-2019, 06:41           
Xəstə hospitalı yandırdı: 1 ölü, 19 yaralı
Almaniyada xəstənin hospitalı yandırması nəticəsində bir nəfər ölüb. AzEuroNews.com Almaniyada gündəlik nərş edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə Şimli Reyn Vestfaliya əyalətinin paytaxtı Düsseldorfdakı Marien hospitalında qeydə alınıb.

Gecə saat 11 radələrində hospitalın ikinci mərtəbəsində yanğın başlayıb. Yanğın nəticəsində 77 yaşlı xəstə ölüb, 19 xəstə yaralanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb edilib.

Digər xəstələr evakuasiya edildikdə sonra alovun digər tikililərə keçməsinin qarşısı alınıb.

Almaniyada fəaliyyət göstərən Xəstə Təhlükəsizliyi Vəqfinin məlumatına görə, ölkədə hər həftə bir xəstəxanada yanğın baş verir. Bu ilin əvvəlindən indiyə kimi xəstəxanalarda baş verən yanğınlar nəticəsində 7 nəfər həyatını itirib.

Vəqfin məlumatında qeyd olunur ki, bütün xəstəxana və klinikalarda yanğın təhlükəsizliyi yüksək səviyyədə olsa da, bəzən bu yetərli olmur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.