Əfqanıstanın xüsusi təyinatlıları sərhəd rayonunu taliblərdən təmizləyib

14-09-2019, 07:38           
Əfqanıstanın xüsusi təyinatlıları sərhəd rayonunu taliblərdən təmizləyib
Əfqanıstanın xüsusi təyinatlı dəstəsi Tacikistanla sərhəddəki Tahar əyalətində yerləşən Yanqi-Kala rayonunu "Taliban" radikal hərəkatının döyüşçülərindən təmizləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Daha əvvəl "Tolo News" telekanalı yerli hakimiyyətə istinadən bildirib ki, çərşənbə axşamı taliblər Yanqi-Kala rayonunu ələ keçiriblər. Yerli qubernatorun nümayəndəsinin sözlərinə görə, toqquşmalar zamanı 28 "talibançı" öldürülüb.

Silahlılar ağır döyüşlərdən sonra rayonu tuta biliblər, Əfqanıstanın güc strukturları ərazini tərk ediblər. Qeyd edilir ki, hərbçilər dinc əhali arasında itkilərin olmamasına çalışıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.