Ermənistanda 33 yaşlı turisti ayı parçaladı

15-09-2019, 18:28           
Ermənistanda 33 yaşlı turisti ayı parçaladı
Ermənistanda Polşa vətəndaşı olan turisti ayı parçalayıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hadisə turistlər Araqats dağına dırmanmaq istəyərkən baş verib. İki polşalı turisdən biri xilas ola bilib. O, xilasedicilərə zəng edərək yoldaşının ölümcül vəziyyətdə olduğunu xəbər verib. Helikopterlə hadisə yerinə iki saatdan sonra yetişən həkimlər 1986-cı il təvəllüdlü B.Petra adlı turistin meyitini aşkarlayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.