Mingəçevirdə fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb

16-09-2019, 00:00           
Mingəçevirdə fəhlə iş zamanı hündürlükdən yıxılaraq ölüb
Mingəçevir şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında qeydə alınıb.

Stansiyada aparılan təmir tikinti işləri zamanı fəhlə Mehman Mustafayev hündürlükdən yıxılıb. Ağır xəsarət alan M.Mustafayev xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı bir neçə saatdan sonra xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.