Metroda qanlı insident

16-09-2019, 19:55           
Metroda qanlı insident
Yaralananlar var
Moskvada "Timiryazevskaya” metro stansiyasında atışma baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hazırda atəş açan şəxsin axtarışları aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.