Neftin qiyməti kəskin bahalaşıb

17-09-2019, 07:15           
Neftin qiyməti kəskin bahalaşıb
Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

“Report” “CNBC” istinadla xəbər verir ki, bu gün axşam saatlarında "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 14.6% faiz yüksələrək bir barelə görə 69,02 dollar səviyyəsində qərarlaşıb.

"WTI" markalı neftin qiyməti isə bir barelə görə 62.90 dollara qədər (14.8% artıb) artıb.

Qeyd edək ki, “Qara qızıl”ın qiymətində bahalaşma Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkətinin infrastrukturuna edilmiş dron hücumlarından sonra baş verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.