DƏHŞƏTLİ QƏZA - 15 yaşlı oğlan faciəli şəkildə öldü - VİDEO

25-10-2019, 11:01           
DƏHŞƏTLİ QƏZA - 15 yaşlı oğlan faciəli şəkildə öldü - VİDEO
Hacıqabulda baş verən avtoqəzada 15 yaşlı oğlan ölüb.

Yeniavaz.com APA TV-yə istinadən xəbər verir ki, hadisə Pirsaat kəndi ərazisində qeydə alınıb.

Sürətlə hərəkətdə olan Bakı sakini, 1994-cü il təvəllüdlü İlkin Elşən oğlu Əliyevin idarə etdiyi "Toyota Camry" markalı 90 UU 111 dövlət nömrə nişanlı avtomobil idaretmədən çıxıb və təxminən 50 metrlik ayırıcı dəmir səddləri qıraraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, sürücü yüngül xəsarət alıb. Ölən gəncin meyiti Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.