Yaponiyada daşqınlar səbəbindən 8 nəfər ölüb

26-10-2019, 08:18           
Yaponiyada daşqınlar səbəbindən 8 nəfər ölüb
Yaponiyanın Tiba prefekturasında güclü yağış səbəbindən azı 8 nəfər ölüb, iki nəfər itkin düşüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “NHK” kanalı məlumat yayıb.

Qeyd olunub ki, sürüşmə nəticəsində 3 nəfər, çayın daşması nəticəsində isə 2 nəfər ölüb.

Bundan başqa selin apardığı avtomobilin içərisində olan üç nəfər boğularaq dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.