Azərbaycanlıya görə təyyarə təcili eniş etdi

28-10-2019, 11:55           
Azərbaycanlıya görə təyyarə təcili eniş etdi
Rusiyada Novosibirsk-Moskva reysi ilə uçan təyyarə Perm şəhərinin “Bolşoe Savino” hava limanında məcburi eniş edib.
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb təyyarədə olan 62 yaşlı Azərbaycan vətəndaşının səhhətinin qəfil pisləşməsi olub.
Məlumata görə, hava limanına gələn təcili yardım briqadası onu şəhərdəki xəstəxanaların birinə yerləşdirib. Təyyarə bir saat gecikməklə Moskvaya uçub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.