Məktəblilər hepatitə yoluxdular

28-10-2019, 18:09           
Məktəblilər hepatitə yoluxdular
Ukraynanın Çerniqov şəhərində məktəblərin birində 15 nəfər hepatit A xəstəliyinə yoluxub.

Teref.az trend-ə-ə istinadən xəbər verir ki, xəstəliyə yoluxanlardan biri məktəb bufetinin işçisi, qalanları isə məktəblilərdir. Hazırda xəstəliyə yoluxanlar xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hər hansı məlumat verilməyib.

Məktəbdə isə hadisə ilə bağlı araşdırma başlayıb. Hadisədən dərhal sonra vilayət sanepidemiya idarəsi tərəfindən məktəbdə müvafiq tədbirlər görülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.