Məscidə hücum edildi - Makrondan reaksiya

29-10-2019, 00:41           
Məscidə hücum edildi - Makrondan reaksiya
Fransanın Bayonn kommunasında məscidə hücum edilib.

Axar.az xəbər verir ki, məscidi yandırmağa çalışan 84 yaşlı S.Klod adlı şəxsdir. O, məscidi yandırmağa cəhd edərkən ona mane olmaq istəyən 74 və 78 yaşlı iki nəfərə atəş açaraq onları yaralayıb və yaxınlıqdakı avtomobili yandırıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əvvəllər atıcılıqla məşğul olmuş S.Klodun avtomobilində qaz butulkası tapılıb.

***

Fransa Prezidenti Emmanuel Makron Bayonn şəhərindəki məscidə hücumu pisləyib və Fransa müsəlmanlarının müdafiəsi üçün əlindən gələni edəcəyini bildirib.

Fransa Prezidenti bu dəhşətli hadisənin müəllifinin cəzalandırılması və müsəlman həmvətənlərinin müdafiəsi üçün lazımı tədbirlərin görüləcəyini bildirib.

Prezident respublikada nifrətə yer olmadığını vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.