Hacıqabul şəhərinin mərkəzində 25-30 yaşlarında kişi meyiti tapılıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hələlik onun kimliyi tam müəyyən olunmayıb.
Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib. İlkin versiyaya görə, onun narkotik vasitənin artıq dozasından öldüyü ehtimal olunur.