Şəmkirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

30-10-2019, 07:49           
Şəmkirdə ağır yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var
Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayon Əliyaqublu kəndinin ərazisindən keçən hissəsində olub.

"VAZ-2106" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

***06:34

Şəmkirdə ölümlə və xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax yolunun Şəmkir rayon Əliyaqublu kəndinin ərazisindən keçən hissəsində olub.

İki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.