Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

30-10-2019, 09:38           
Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyindən Teref.az-a verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.