Moskvada “Pokrovka Məhərrəm” tutuldu: Bakıya göndərİlir

30-10-2019, 17:48           
Moskvada “Pokrovka Məhərrəm” tutuldu: Bakıya göndərİlir
Moskvada “Pokrovka Məhərrəm” kimi tanınan iş adamı Məhərrəm Quliyev saxlanılıb.
Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, o Rusiya miqrasiya qanunvericiliyinin şərtlərini pozduğuna həbs edilib və miqrantların saxlanma məntəqəsinə göndərilib. Onun tezliklə Rusiyadan deportasiya ediləcəyi gözlənilir.
“Pokrovka Məhərrəm” Moskvada, necə deyərlər, bazar meneceri kimi tanınırdı və Rövşən Lənkəranskiyə yaxınlığı ilə tanınırdı. Rövşənin ölümündən sonra o, Quliyə sığınmaq istəsə də, “qanuni oğru” onu yaxınına buraxmamışdı.
Son illər kefcil həyat tərzi keçirən Məhərrəm tez-tez gizli fəaliyyət göstərən kazinolara gedir, orda külli miqdarda pullar uduzurdu.
Bir neçə il əvvəl haqqında ev dustaqlığı haqda qərar çıxarılmasına baxmayaraq, məhkəmənin qaydalarını pozmaqla məşğul idi. Tez-tez dostları ilə bərabər paytaxt Moskvanın elit restoranlarında görünən “Pokrovka Məhərrəm” oradan çəkilmiş fotolarını sosial şəbəkələrdə də yaymaqdan çəkinmirdi.
Məlumata görə, o, yaxın vaxtlarda Bakıya göndəriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.