Ağstafa sakini əmisini və daha bir nəfəri güllələyib - YENİLƏNİB

31-10-2019, 15:44           
Ağstafa sakini əmisini və daha bir nəfəri güllələyib - YENİLƏNİB
Ağstafada silahlı insidenti törədən şəxsin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosnun məlumatına görə, bu, 1989-cu il təvəllüdlü Sərxan Məmmədovdur. Onun saxlanılması istiqamətində tədbirlər görülür.

***

14.27

Ağstafada silahlı insident olub.

APA-nın yerli bürosnun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndinə qeydə alınıb. Kənd sakinləri,


1968-ci il təvəlüdlü Qabil Məmmədov və onun həmkəndlisi, 1959-cu il təvəllüdlü Yufis Ələcov güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxandan APA-ya yaralıların vəziyyətinin normal olduğu bildirilib.

Hadisənin torpaq üstündə Q.Məmmədovun qardaşı oğlu tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.
0












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.