Avtomobilin içində başsız sürücü aşkarlandı

2-11-2019, 00:29           
Avtomobilin içində başsız sürücü aşkarlandı
Oktyabrın 31-də səhər saatlarında Voronejin Jeleznodorojnı rayonu ərazisində avtomobilin içində başsız kişi meyiti tapılıb.

Virtualaz.org bildirir ki, bu barədə “Bloknot Voroneja” rayonun İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda faktla bağlı ibtidai istintaq aparılır.

“Hadisənin yeri araşdırılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib, 1965-ci il təvəllüdlü kişinin meyitini aşkar edən şəxslərlə görüş keçirilib, hadisənin baş verməsi üçün müəyyən tədbirlər görülüb. İlkin istintaqın nəticələrinə uyğun olaraq prosessual qərar veriləcək”, - deyə müstəntiqlər bildirib.

Məlumata görə, ekspertiza rəyinin bir nüsxəsinin redaksiyaya təqdim ediləcəyi vurğulanıb.

Qeyd edilir ki, hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Voronej şəhərindəki polis şöbəsinə yerli sakin tərəfindən məlumat verilib. O, Otrojka məhəlləsindəki Kuybışeva küçəsində meşənin kənarında avtomobilin içində başsız sürücü görüb və dərhal hadisə yerinə polis əməkdaşlarını çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.