Bakıda "Porsche"ni yüksək sürətlə idarə edən sürücü qəza törətdi - VİDEO

3-11-2019, 12:29           
Bakıda "Porsche"ni yüksək sürətlə idarə edən sürücü qəza törətdi - VİDEO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teref.az APA-ya istinadla xəbər verir ki, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
"Porsche" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü qəfil idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara, daha sonra "Renault" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə yol patrul xidməti müfəttişləri cəlb olunub, qəzanın səbəbləri araşdırılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.