Əfqanıstanda dəhşətli partlayış – 9 uşaq öldü

3-11-2019, 20:46           
Əfqanıstanda dəhşətli partlayış – 9 uşaq öldü
Əfqanıstanın şimali-şərqində yerləşən Tahar vilayətinin Darkad rayonunda baş verən partlayış nəticəsində 9 uşaq dünyasını dəyişib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Darkad polis təşkilatı yolun yaxınlığında basdırılmış bombanın məktəblilər oradan keçərkən partladıldığını açıqlayıb.
Partlayış zamanı daha bir uşaq usə ağır yaralanıb. Səlahiyyətli şəxslər bombanın Taliban terror təşkilatı tərəfindən həmin əraziyə yerləşdirildiyini bildiriblər.
Təşkilatdan isə hələ ki, partlayışla bağlı heç nir açıqlama verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.